• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan internat məktəblərinin, lisey və gimnaziyaların, uşaq-gənclər inkişaf mərkəzlərinin direktorlarına

Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir.

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində (www.edu.gov.az) “Sənədlər” bölməsində yerləşdirilmişdir.

Müsabiqəyə təqdim olunan işlər əsasnamənin tələblərinə tam uyğun olmaqla münsiflər heyəti tərəfindən seçilməli, qaliblər haqqında məlumatlar 15 noyabr 2019-cu il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.

Müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradaraq müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında Fövqəladə Hallar Nazirliyinə göndərilməsini təmin etmək Sizə tapşırılır.        

 

Məhəbbət Vəliyeva,

təhsil nazirinin müavini

9 oktyabr 2019-cu il

№ 02-07-1301/13


 

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə