• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.

2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin.

3. Müsabiqənin ilk mərhələsi 2019-cu ilin fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçirilsin.

4. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

4.1. Bakı şəhərindən – 12 nəfər;

4.2. Gəncə şəhərindən – 3 nəfər;

4.3. Sumqayıt və Mingəçevir şəhərlərinin hər birindən – 2 nəfər;

4.4. digər şəhər və rayonların hər birindən – 1 nəfər;

4.5. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin hər birindən – 1 nəfər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin direktorları müsabiqənin ilk mərhələsini mütəşəkkil keçirmək üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müəyyən etdikləri meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin adlı siyahısını (SAA, oxuduğu məktəb, sinif və tədris dili) mart ayının 30-dək Təhsil Nazirliyinə göndərsinlər.

6. 2019-cu ildə müsabiqə “Ümummilli lider Heydər Əliyev – şərəfli ömrün salnaməsi” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilsin (1-ci əlavə). Nəzərə alınsın ki, ölkə mərhələsinin iştirakçıları içərisində həmin mövzulardan birinin adı yazılmış 12 zərfdən birini götürməklə orada qeyd olunmuş mövzu üzrə çıxış edəcəklər.

7. Müsabiqənin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilməsi meyarları və qiymətləndirməni aparan işçi qrupunun tərkibi təsdiq edilsin (2 və 3-cü əlavələr).

8. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.

9. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin.

10. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

11. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

12. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

13.  İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

14. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 yanvar 2019-cu il

F-53


 

Əlavə

1. “Ümummilli lider Heydər Əliyev – şərəfli ömrün salnaməsi” başlığı altında keçirilən müsabiqədə şagirdlərin təqdimat edəcəyi mövzular

2. “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatının qiymətləndirilməsi meyarları

3. “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilməsini aparan işçi qrupunun tərkibi