• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” ­2010-cu il 12 may tarixli 88 nömrəli, “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 104 nömrəli, “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında” ­2010-cu il 22 iyun tarixli 115 nömrəli, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” ­2010-cu il 24 iyun tarixli 117 nömrəli, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli və “Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.4-cü bəndinə “standartları” sözündən əvvəl “və peşə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 550) ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndinin üçüncü abzasının birinci cümləsində “Tibb təhsili üzrə əsas təhsil” sözləri “Əsas (baza ali) tibb təhsili” sözləri ilə, “2-6” rəqəmləri “2-5” rəqəmləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 iyun tarixli 115 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 559) ilə təsdiq edilmiş “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın 7-ci hissəsinin birinci cümləsinə “sənədi” sözündən sonra “ - attestat” sözü əlavə edilsin.

4. “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adına və 1-ci hissəsinə “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qaydalarla ali təhsilin bakalavriat səviyyəsi üçün müəyyən edilmiş müddəalar əsas (baza ali) tibb təhsilinə onun xüsusiyyətləri nəzərə alınmaqla şamil edilir.”;

4.3. həmin Qərarla təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” üzrə:

4.3.1. adına “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin;

4.3.2. 1.4-cü bəndə “standartları” sözündən əvvəl “və peşə” sözləri əlavə edilsin;

4.3.3. 1.6-cı bənd üzrə:

4.3.3.1. birinci abzasın ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir.”;

4.3.3.2. ikinci abzasa “bakalavr” sözündən sonra “, əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə “həkim” sözləri əlavə edilsin;

4.3.3.3. üçüncü abzasın dördüncü cümləsi beşinci cümlə hesab edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.”;

4.3.4. 2.17-ci bənd üzrə:

4.3.4.1. birinci cümlədə “tibb təhsilində” sözləri “əsas (baza ali) tibb təhsili səviyyəsində” sözləri ilə əvəz edilsin;

4.3.4.2. üçüncü cümləyə “bakalavr” sözündən sonra “(əsas (baza ali) tibb təhsilində “həkim”) sözləri əlavə edilsin;

4.3.5. 2.23-cü bəndin altıncı abzasına “15-20 faizi” sözlərindən sonra “(əsas (baza ali) tibb təhsilində 5-10 faizi)” sözləri, “80-85 faizi” sözlərindən sonra “(əsas (baza ali) tibb təhsilində 90-95 faizi)” sözləri əlavə edilsin;

4.3.6. 2.24-cü bəndin ikinci cümləsinə ­“25-30 faizini” sözlərindən sonra “(əsas (baza ali) tibb təhsilində 10-15 faizini)” sözləri əlavə edilsin.

5. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208; 2013, № 9, maddə 1133; 2014, № 2, maddə 201; 2015, № 4, maddə 466, № 8, maddə 964; 2016, № 5, maddə 955, № 12, maddə 2239; 2017, № 4, maddə 642; 2018, № 3, maddə 590) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adına, preambulasına və 2-ci hissəsinə ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.2. 1-ci hissədə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.3. 3-cü hissəyə “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin, “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;

5.4. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.5. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” üzrə:

5.5.1. adına “müəssisələrinin” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri əlavə edilsin;

5.5.2. “Qeyd”inə birinci halda “müəssisəsi” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri, “qurum” sözündən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə isə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6. həmin Qərarla təsdiq edilmiş

3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

5.6.1. adına və 1.1-ci bəndinə “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin və “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;

5.6.2. 1.2-ci, 1.4-cü, 1.5-ci bəndlərə, 2-ci hissənin dördüncü abzasına, 4.4-cü, 5.2-ci bəndlərə və 6-cı hissəyə ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.3. 1.3-cü bənddə “tibb təhsili üzrə əsas təhsil, həm də magistratura və rezidentura səviyyələrini” sözləri “əsas (baza ali) tibb təhsili, həm magistratura və rezidentura səviyyələrini, həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsini” sözləri ilə əvəz edilsin;

5.6.4. 4.1-ci bəndin birinci cümləsində “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;

5.6.5. 4.2-ci bənddə “ayrı-ayrı” sözü “müvafiq” sözü ilə, “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə, “tələbə qəbulunun planını” sözləri “tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;

5.6.6. 4.6-cı bəndə “müəssisələrinə” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri və “müəssisəsinin” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri əlavə edilsin;

5.6.7. 5.3-cü bəndə “müəssisəsi” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.8. 5.4-cü bənddə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.6.9. 5.6-cı bəndin altıncı abzasında “məktəblər” sözü “təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri ilə əvəz edilsin;

5.6.10. 5.7-ci bənd üzrə:

5.6.10.1. üçüncü abzasa “müəssisəsindən” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri əlavə edilsin və həmin abzasda “məktəbə” sözü “təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri ilə əvəz edilsin;

5.6.10.2. beşinci abzasda “məktəbdə” sözü “təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri ilə əvəz edilsin;

5.6.11. 5.8-ci bəndin üçüncü cümləsinə və 5.9-cu bəndə ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.12. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında Nümunəvi Çərçivə Müqaviləsi” üzrə:

5.6.12.1. yuxarı sağ küncə “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin, “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;

5.6.12.2. adına, preambulasına, 2.1-ci bəndinə, 2.2.1-ci, 2.2.2-ci yarımbəndlərinə, ­2.3-cü bəndinə, 2.3.3-cü yarımbəndinə, 2.4-cü, 3.2-ci bəndlərinə, 3.3-cü bəndinə hər iki halda, 9.2-ci və 9.3-cü bəndlərinə ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.12.3. 1.1-ci bəndə hər iki halda “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin;

5.6.12.4. 5.4-cü bəndə “müəssisəsində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri və “müəssisələrinə” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri əlavə edilsin;

5.6.12.5. 10-cu hissəyə “müəssisəsi” sözündən sonra “və ya Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.13. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 2 nömrəli əlavə – “Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında Nümunəvi Fərdi Müqavilə №” üzrə:

5.6.13.1. yuxarı sağ küncə “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin, “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;

5.6.13.2. adına, preambulasına, 2.1-ci bəndinə, 2.2-ci bəndinə hər iki halda, 2.3.2-ci, 2.3.4-cü, 2.3.5-ci, 2.3.6-cı, 2.3.7-ci yarımbəndlərinə, 2.4-cü, 3.2-ci bəndlərinə, 3.3-cü bəndinə hər iki halda, 5.4-cü bəndinə hər iki halda, 5.5-ci, 9.2-ci, 9.3-cü bəndlərinə və 10-cu hissəsinə ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

5.6.13.3. 1.1-ci bəndə hər iki halda “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017,

№ 4, maddə 666) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.4-cü bənddə “qəbul planı” sözləri “tələbə qəbulu” sözləri ilə əvəz edilsin;

6.2. 3.16-cı bənddə “təsdiq edilmiş plan” sözləri “tələbə qəbulu” sözləri ilə əvəz edilsin;

6.3. 5.2-ci bəndin ikinci cümləsində “qəbul planında” sözləri “tələbə qəbulunda” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 756; 2012, № 6, maddə 632; 2016, № 12, maddə 2244) ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nın 5.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

7.1. ikinci abzasa “(məsafədən)” sözündən sonra “, əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani” sözləri əlavə edilsin;

7.2. üçüncü abzasa “qiyabi” sözündən sonra “, rezidentura səviyyəsində - əyani” sözləri əlavə edilsin.

Novruz Məmmədov,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 noyabr 2018-ci il

№ 481