• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli, “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 29 dekabr tarixli 359 nömrəli, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 16 yanvar tarixli 10 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 may tarixli 125 nömrəli və “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820; 2013, № 6, maddələr 746, 774; 2017, № 2, maddə 315, № 8, maddə 1624; 2018, № 4, maddə 808) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.6. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.”;

1.2. 2.2.7-ci yarımbənd ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000; 2017, № 4, maddə 613, № 12 (II kitab), maddə 2515; 2018, № 5, maddə 1148) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.4. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri;”;

2.2. aşağıdakı məzmunda 2.2.5-ci yarımbənd əlavə edilsin:

“2.2.5. sanator tipli məktəbəqədər təhsil müəssisəsi.”;

2.3. 2.4-cü bənddə “Xüsusi uşaq bağçaları” sözləri “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 6.38-ci bənd əlavə edilsin:

“6.38. Məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur.”.

3. “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1378) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “tibb təhsilinin əsas” sözləri “əsas (baza ali) tibb” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın adında “tibb təhsilinin əsas” sözləri “əsas (baza ali) tibb” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1649;

2016, № 10, maddə 1716, № 11, maddə 1966,

№ 12, maddə 2222; 2017, № 4, maddə 614,

№ 12 (II kitab), maddə 2538; 2018, № 5, maddə 1145) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.1-ci bəndə “standartları” sözündən əvvəl “peşə və təhsil” sözləri əlavə edilsin;

4.2. 7.1.1-ci yarımbəndə “yaratmaq” sözündən sonra “, məntiqi, tənqidi və yaradıcı düşünmək” sözləri əlavə edilsin;

4.3. 10.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.”;

4.4. 11.1-ci bəndin birinci cümləsinə “müəssisələrinin akkreditasiyasını” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilsin;

4.5. 11.2-ci bənd ləğv edilsin;

4.6. aşağıdakı məzmunda 14.14-cü bənd əlavə edilsin:

“14.14. Peşə təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 62; 2017, № 4, maddə 616) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

                5.1. 4.14-cü bənddə “təhsil verənlərin” sözləri “təhsilverənlərin sertifikatlaşdırılması qaydası” sözləri ilə əvəz edilsin;

                5.2. 7.3-cü bənddə “attestasiyadan keçirilməsi” sözləri “sertifikatlaşdırmadan keçməsi” sözləri ilə əvəz edilsin;

5.3. 9.2.9-cu yarımbənddə “attestasiyadan” sözü “sertifikatlaşdırmadan” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 613; 2016, № 6, maddə 1200, № 12, maddə 2239; 2017, № 4, maddə 671) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

                6.1. 3.1.6-cı yarımbənddə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

6.2. 4.11-ci bənddə “dövlət elektron məlumat sisteminə” sözləri “, ümumi təhsil və peşə təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar isə “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə” sözləri ilə əvəz edilsin.

7. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960; 2017, № 4, maddə 618; 2018, № 6, maddə 1378) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi” üzrə:

7.1.1. 5.13-cü bənddə “və təhsilverənlərin attestasiyası” sözləri “attestasiyası və təhsilverənlərin sertifikatlaşdırılması” sözləri ilə əvəz edilsin;

7.1.2. 7.3-cü bənddə “attestasiyadan keçirilməsi” sözləri “sertifikatlaşdırmadan keçməsi” sözləri ilə əvəz edilsin;

7.1.3. 9.2.9-cu yarımbənddə “attestasiyadan” sözü “sertifikatlaşdırmadan” sözü ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” üzrə:

7.2.1. 5.13-cü bənddə “və təhsilverənlərin attestasiyası” sözləri “attestasiyası və təhsilverənlərin sertifikatlaşdırılması” sözləri ilə əvəz edilsin;

7.2.2. 7.3-cü bənddə “attestasiyadan keçirilməsi” sözləri “sertifikatlaşdırmadan keçməsi” sözləri ilə əvəz edilsin;

7.2.3. 9.2.9-cu yarımbənddə “attestasiyadan” sözü “sertifikatlaşdırmadan” sözü ilə əvəz edilsin.

 

Novruz Məmmədov,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 noyabr 2018-ci il

№ 480