Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.8-ci maddəsinə əsasən və “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 iyun 2010-cu il
№ 120