• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3724 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3725 nömrəli, “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3731 nömrəli, “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3732 nömrəli, “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3741 nömrəli, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3743 nömrəli, “Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3744 nömrəli, “Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3745 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618; 2017, № 4, maddə 673; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 yanvar tarixli 14 nömrəli qərarı) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).

3. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 mart 2018-ci il

№ 89


 

Əlavə:

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli

 

2.  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli