“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə
QƏRARA ALIR:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300; 2017, № 12, I kitab, maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddədə “bu Qanundan,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.
2. 18.3-cü maddədə “üç yaşdan başlayır” sözləri “1-6 yaşlı uşaqları əhatə edir” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 18.7-ci maddə əlavə edilsin:
“18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2018-ci il.