• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Bu qərarın ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.      

4. Nazirliyin Hüquq şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

Kollegiyanın sədri, nazir

Mikayıl Cabbarov

15 noyabr 2017-ci il

№ 5/5

 

Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları