• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb direktorları üçün İKT kurslarının təşkil olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəb direktorları üçün İKT kurslarının təşkil olunması haqqında 2007-ci ilin oktyabr-noyabr aylarında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətini öyrənmək məqsədilə Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinqin nəticələri məktəblərdə İKT-dən istifadənin səviyyəsinin məktəb rəhbərliyinin İKT savadlığından bilavasitə asılı olduğunu göstərdi. Bununla əlaqədar olaraq kollegiyada təhsil sistemində kadrların İKT sahəsində bilik və bacarıqlarının minimum səviyyəsini müəyyənləşdirən meyarların hazırlanması, məktəb direktorları üçün müvafiq kursların təşkil edilməsi və bu işin ilkin olaraq Bakı və Sumqayıt şəhərlərindən başlanması qərara alındı. Göstərilənləri nəzərə alaraq
 
ƏMR EDİRƏM
 
1. Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) və İKT ilə təminat proqramının İdarəetmə qrupu (S.Məmmədov) təhsil sistemində kadrların İKT sahəsində bilik və bacarıqlarının minimum səviyyəsini müəyyənləşdirən meyarların hazırlanmasını təmin etsinlər.
2. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (A.Zamanov) müəyyən olunmuş meyarlara uyğun tədris proqramlarının iki həftə müddətinə hazırlanmasını və kursların keçirilməsini təşkil etsin.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Sumqayıt Şəhər Təhsil Şöbəsi (V.Bağırov) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu:
3.1. İKT ilə təminat proqramının İdarəetmə qrupu ilə birlikdə kurslarda dərs deyəcək müəllimlərin, o cümlədən İKT sahəsində yüksək bacarıqlara malik müəllimlərin və təhsil işçilərinin siyahısını dəqiqləşdirərək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna təqdim etsinlər.
3.2. Kurslarda dərs deyəcək müəllimlərin əsas iş yerlərində əmək haqqının saxlanılmasını mövcud qaydalara əsasən təmin etsinlər.
3.3. Bakı və Sumqayıt şəhərlərinin məktəb direktorlarının, o cümlədən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşlarının kurslardan keçmə qrafikini tərtib etsinlər. Kurslar 3 mərhələdə aparılsın:
• I mərhələ – Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşları (20 fevral 2008-ci il tarixinədək)
• II mərhələ – Bakı şəhərinin məktəb direktorları (15 may 2008-ci il tarixinədək)
• III mərhələ – Sumqayıt şəhərinin məktəb direktorları (30 may 2008-ci il tarixinədək)
4. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rəhbərliyi kursların 10 fevral 2008-ci il tarixindən başlanmasını və tədris ilinin sonunadək başa çatdırılmasını təmin etsin.
5. İqtisadiyyat şöbəsinin müdiri H.Zeynalov zərurət yarandığı halda kursların keçirilməsi ilə bağlı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun xərclər smetasına müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlasın.
6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) kursların təşkili və keçirilməsini nəzarətdə saxlasın və mütamadi olaraq Nazirliyin rəhbərliyinə məlumat versin.
7. İctimayyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
 8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Təhsil Nazirliyinin 25.12.2007-ci il tarixli Kollegiyasının qərarı 

Misir Mərdanov
Təhsil naziri