Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
“Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli 3313 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 10 may 2018-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3.İnformasiya şöbəsinin müdiri vəzifəsini icra edən, sektor müdiri Elvin Məmmədov əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4.Əmrin icrasına nəzarəti öz üzərimə götururəm.
Əsas: “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli 3313 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 04 dekabr 2017-ci il tarixli 280 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
11 yanvar 2018-ci il
№37
Əlavə: