• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli 3299 nömrəli  Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 10  may 2018-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsinin müdiri vəzifəsini icra edən, sektor müdiri Elvin  Məmmədov əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Əsas: “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli 3299 nömrəli Sərəncamı, Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin 07 dekabr 2017-ci il tarixli 287 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.

 

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

11 yanvar 2018-ci il

№36


 

Əlavə:

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli 3299 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı