• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2017-2018-ci dərs ilinə aid tədris planının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. “İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  2017-2018-ci dərs ilinə aid tədris planı” və “Tədris planına dair qeydlər” təsdiq edilsin (əlavə olunur).

2. Ümumi və məktəbəqədər  təhsil şöbəsi (A.Əhmədov) tədris planının  həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4.  Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 sentyabr 2017-ci il

№275


 

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris  planına dair qeydlər