Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Sinif rəhbəri haqqında əsasnamənin təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumtəhsil məktəblərində fəaliyət göstərən sinif rəhbərlərinin işinin müasir tələblərə uyğun təşkili, yeni təlim-tərbiyə metodlarının ümumtəhsil məktəblərində tətbiqinin səmərəliliyini artırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Sinif rəhbəri haqqında əsasnamə təsdiq edilsin (əlavə olunur ).
2. Naxçıvan MR Təhsil naziri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirləri sinif rəhbərlərinin fəaliyyətlərinin bu əsasnaməyə uyğun qurulmasını təmin etsinlər.
3. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov),Şəhər və Kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov və A.Əhmədov) əmrin icrası ilə bağlı məktəb rəhbərlərinə əməli köməklik göstərsinlər.
4. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
Misir Mərdanov
Təhsil naziri
Təhsil naziri
05 mart 2009-ci il tarixli,
əmr № 270
