“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “müəssisə haqqında Nümunəvi Əsasnamə” sözləri “müəssisələrin Nümunəvi Əsasnaməsi” sözləri ilə əvəz edilsin.
2. 26-34-cü hissələr ləğv edilsin.
3. Aşağıdakı məzmunda 35-1-ci hissə əlavə edilsin:
“35-1. Məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri aşağıdakılardır:
35-1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;
35-1.2. büdcədənkənar vəsaitlər;
35-1.3. kreditlər, qrantlar, ianələr;
35-1.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.”.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 avqust 2017-ci il
№ 309