Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft Akademiyasının yaradılmasının 90 illiyi tamam olur.
Fəaliyyətə başladığı vaxtdan etibarən ötən müddət ərzində Azərbaycan Dövlət Neft Akademiyası respublikamızda və onun hüdudlarından kənarda neft, qaz və neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları hazırlayan ali təhsil ocağına və elmi tədqiqatlar mərkəzinə çevrilmişdir.
Ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il.
