Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 1996-CI İL 23 AVQUST TARİXLİ, 116 NÖMRƏLİ QƏRARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi və peşə liseyi statusu verilən tədris müəssisələrinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Peşə liseyləri" bölməsinin "Bakı şəhəri üzrə" hissəsinin on səkkizinci abzasından "qız" sözü çıxarılsın;
1.2. "Peşə məktəbləri" bölməsinin "Bakı şəhəri üzrə" hissəsinin on birinci və on dördüncü abzasından "qız" sözü çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 dekabr 2009-cu il
№194
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2009-cu il tarixli, 194 N-li qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. 15 N-li Bakı peşə liseyinin direktoru (R. Qurbanova), 10 və 13 N-li Bakı peşə məktəblərinin direktorlarına (X.Hacıyeva, S.Səlimzadə) tapşırılsın:
2.1. Peşə təhsili müəssisələrinin möhür və künc ştampının nazirliyin Xüsusi sənədlərlə iş şöbəsinə təhvil verilməsini təmin etsinlər;
2.2. Müvafiq qanunvericiliyə əsasən, yeni möhür və künc ştampının hazırlanmasını, 2010-cu ilin fevral ayının 15-nə kimi peşə liseyinin və peşə məktəblərinin Nizamnaməsində və rekvizitlərində müvafiq dəyişikliklərin edilməsini və görülən işlər barədə fevral ayının 20-nə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verilməsini təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsinin müdirinə (B.Hüseynzadə) tapşırılsın:
3.1. Əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında çap edilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.İsgəndərova həvalə edilsin.
Misir Mərdanov,
Təhsil naziri
18 yanvar 2010-cu il
