Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında" 681 nömrəli, 14 yanvar 2010-cu il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycanın xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
4. Ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Təhsil naziri
2 fevral 2010-cu il
