Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" nominasiyası üzrə respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 

Məktəbdənkənar müəssisələrdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq və onların fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

 

QƏRARA ALIR:

 

1. 2010-cu ildə "İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" nominasiyası üzrə respublika müsabiqəsi keçirilsin.

2. Bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Müsabiqə 2010-cu ilin mart-aprel aylarında keçirilsin.

4. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin (əlavə 1; 2) tərkibi təsdiq edilsin.

5. Təşkilat Komitəsi, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun keçirilməsini təmin etsinlər.

6. Müsabiqənin keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürürlər:

6.1. Təhsil Nazirliyi

- Qaliblərə hədiyyələrin alınmasını.

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

- Diplomların hazırlanmasını.

7. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələri "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. "Təhsil işçisi" qəzeti redaksiyası qərar və əlavələrin, müsabiqənin gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.

9. Tərəflər müsabiqənin keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

                                                                                
                                                                                                                                  
                                                                                                                                                
Azəbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev

9 fevral, 2010-cu il