Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə  mübadiləsinin təşkili məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. 2010-cu ildə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli kömək göstərsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin nazirliyin  mərkəzləşdirilmiş vəsaitlərinin  xərclər smetasından ödənilməsini təmin etsin və bu vəsaitin xərclənməsi üçün xərclər smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etsin.
6. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri tərəfindən ödənilsin.
7. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli kömək göstərilməsi məqsədilə yerlərə ezam olunacaq əməkdaşların ezamiyyə xərcləri müsabiqənin xərclər smetası əsasında ödənilsin.
8. ümumi şöbə (İ.Mirzəyev) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
10. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
 
Misir MƏRDANOV,
Təhsil naziri 
28 yanvar 2010-cu il