• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır.

3. 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.

4. 2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apellyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

5. İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:

5.1. işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını  təmin etsin;

5.2. cari il iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin etsin;

5.3. elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin;

5.4 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun 2017-ci il tarixlərində təşkil etsin;

5.5 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 01-14 iyul 2017-ci il tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;

5.6 müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı müsabiqələrin nəticələrinə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6. Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

7. Yerli təhsili idarəetmə orqanlarına tapşırılsın:

7.1 vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 25 may 2017-ci il tarixinə kimi proqram təminatına daxil edilməsini təmin etsinlər;

7.2 müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin 15.09.2017-ci il tarixinədək bağlanılmasını təmin etsinlər;

7.3 Ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişlərin vaxtında verilməsini təmin etsinlər;

7.4 Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 20.09.2017-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etsinlər.

8. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin internet saytında bu əmrin, müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini təmin etsin.

9. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

10.Əmrin icrasına nəzarət nazir müavininə (M.Eynullayev) həvalə edilsin.

Əsas: Nazir müavini M.Eynullayevin xidməti məlumatı.

 

 Ceyhun Bayramov,
Azərbaycan Respublikası təhsil nazirinin 

səlahiyyətlərini müvəqqəti icra edən
nazir müavini

15 may 2017-ci il

№54


 

Əlavə:

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları