Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı 2017-cı ilin 24-25 oktyabr tarixlərində Bakı Dövlət Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).
3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2017-cı il 12 may tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Bakı Dövlət Universitetinin rektoru ( A.Məhərrəmov) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.
5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Əsas: Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin təqdimat və şöbənin fəaliyyət planı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
9 fevral 2017-ci il
№91
Əlavə:
Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının Təşkilat komitəsi