2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamının və “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli“ elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 10 fevral 2017-ci il tarixli 30 nömrəli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli“ elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri:
2.1.Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər, görülmüş işlər barədə hesabat hazırlayıb 2017-ci il dekabrın 15-dək Təhsil Nazirliyinə təqdim etsinlər;
2.2. “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlər barədə müvafiq dövlət qurumunun və ictimaiyyətin çevik məlumatlandırılması məqsədi ilə həmin tədbirlər barədə məlumatı (fotoşəkillər əlavə edilməklə) Təhsil Nazirliyinin office@edu.gov.az ünvanına elektron formada təqdim etsinlər.
3. Aparat rəhbəri (Fariz Rzayev) Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı əlaqələndirmə işlərinin aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etsin.
4. Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan işlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti və təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini təmin etsinlər.
5. Maliyyə şöbəsi (Rauf Orucov) Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar məsələləri həll etsin.
6. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini, Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, habelə keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavininə (Firudin Qurbanov) həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 fevral 2017-ci il
№117
Əlavə: