• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutulmuşdur.

2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində işləyən 30 mindən çox müəllim üçün diaqnostik qiymətləndirilmə keçirilmişdir. Müəllimlərin sosial rifah halının yaxşılaşdırılması üçün qeyd olunan tədbirlər 2015-ci ilin noyabr-dekabr aylarında da davam etdirilərək, Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 minə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 2016-cı ilin noyabr-dekabr və 2017-ci ilin yanvar ayında keçirilmiş diaqnostik qiymətləndirmənin növbəti mərhələsində digər 26 şəhər və rayonlar əhatə olundu: Ağcabədi, Ağsu, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Göygöl, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Neftçala, Quba, Qusar, Samux, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Ucar, Xaçmaz, Xızı, Yardımlı, Zərdab.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlərin dərs yükü norması və əməkhaqqının artırılması üzrə başlamış prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

 

1. 2017-ci ilin aprel-may aylarında Mingəçevir, Naftalan şəhərlərinin, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göyçay, Kəlbəcər, Laçın, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tərtər, Tovuz, Xocalı, Xocavənd, Yevlax, Zaqatala və Zəngilan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.

2. Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin,  Abşeron, Ağcabədi, Ağsu, Astara, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Sabirabad, Samux, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Ucar, Xaçmaz, Xızı, Yardımlı, Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrinə işə yeni qəbul edilən, eləcə də müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin 2017-ci ilin aprel-may aylarında bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin

3. Bu əmrin 2-ci bəndində adları çəkilən şəhər (rayon) təhsil idarələri (şöbələri) diaqnostik qiymətləndirmədə iştirak edəcək kontingentin siyahısının 10 gün müddətinə Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər.

4. Bu əmrin 1-ci bəndində adları çəkilən şəhər (rayon) təhsil şöbələrinə, De-institutlaşma və uşaqların müdafiəsi idarəsinə (M.Hacıyeva) tapşırılsın ki:

4.1. tabeliklərindəki ümumi və xüsusi təhsil müəssisələrində işləyən müəllimlərin siyahılarının hazırlanmasını və cari ilin martın 15-dək Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər;

4.2. müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakını təmin etsinlər;

4.3. diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər təşkil etsinlər.

5. Diaqnostik qiymətləndirmənin keçiriləcəyi rayonlar üzrə müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri şəhər (rayon) təhsil idarələri (şöbələri) tərəfindən elektron bazaya daxil edilmiş kontingent haqqında məlumatın dürüstləşdirilməsini təmin etsinlər.

6. İnformasiya şöbəsinə (E.Əliyev) və İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın ki:

7.1. nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

7.2. diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra nəticələri rəhbərliyə təqdim etsinlər.

8. Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev) tapşırılsın ki:

8.1. nazirliyin aidiyyəti şöbələri ilə birlikdə diaqnostik qiymətləndirmənin nəticələrini təhlil etsin;

8.2. diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin peşəkar ehtiyaclarını nəzərə almaqla onların ixtisasartırma üzrə təlimlərə cəlb olunmasını təşkil etsinlər.

9. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının, eləcə də müəllim hazırlığı proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.

10. Maliyyə şöbəsi (R.Orucov), Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) diaqnostik qiymətləndirmənin keçirilməsi ilə əlaqədar maliyyə və digər təşkilatı məsələlərin həll olunmasını təmin etsinlər.

11. Əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonlar üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artımının 01 yanvar 2018-ci il tarixdən tətbiq olunacağı nəzərə alınsın.

12. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

13. Əmrin icrasına nəzarət nazir müavini (M.Eynullayev) həvalə edilsin.

Əsas: Nazir müavini M.Eynullayevin xidməti məlumatı.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

1 mart 2017-ci il

№122