Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəylərini və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq
ƏMR EDİRƏM:
1.Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri:
2.1. 2017-ci ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.
2.2. Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ali təhsil müəssisələrinin 2017-ci ilə təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin.
2.3. 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3.İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2017-ci il tarixli, 17/17/138-11 nömrəli razılıq məktubu, AMEA-nın 08.02.2016-ci il tarixli, 01-3/92 nömrəli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 06.02.2017-ci il tarixli 15/254 nömrəli məktubları və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 mart 2017-ci il
№160
Əlavə: