• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 1107 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar" bölməsinin 1-ci hissəsində "Respublikası Təhsil Problemləri" sözləri "Respublikasının Təhsil" sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 fevral 2017-ci il

№ 49