Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 8 fevral 2010-cu il.
Əlavə:
