Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12- də imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş;
1.2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqəyə dair Saziş;
1.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol;
1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş;
1.5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş;
1.6. Azərbaycan Respublikasının Şəki rayonu və Belarus Respublikasının Minsk vilayətinin Slutsk rayonu arasında əməkdaşlıq haqqında Saziş.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il.
