20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 09 - 20 yanvar 2017-ci il tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 30 dekabr 2016-cı il tarixli, 117 nömrəli Sərəncamı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
9 yanvar 2017-ci il
№14
Əlavə: