• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2016-2017-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Nazirliyin 1 may 2015-ci il tarixli  535 nömrəli əmrinə əsasən məktəblilər arasında keçirilmiş  “Ədəbiyyat biliciləri” müsabiqəsinin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutmaqla

 

ƏMR EDİRƏM:

 

1. 2016-2017-cı dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilsin.

2. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqənin müvafiq mərhələlər üzrə təşkilində  Təhsil Nazirliyinin 1 may 2015-ci il tarixli  535 nömrəli əmri ilə təsdiq edilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları” əsas tutulsun. 

4. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etsinlər.

5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

7. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

               

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 oktyabr 2016-cı il

№722


 

Əlavə:

 

1. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi

2. “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları