Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
«Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb - gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında » Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001 - ci il 25 dekabr tarixli 200 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1.«Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb - gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında » Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001 - ci il 25 dekabr tarixli 200 nömrəli qərarının ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001 - ci il, № 12, maddə 810; 2004 - cü il , № 12, maddə 1073 ) 1 - ci bəndində « 50000 ( əlli min ) » sözləri « 20 ( iyirmi ) » sözü il əvəz edilsin.
2. Bu qərar 2008 - ci il sentyabrın 1 - dən qüvvəyə minir.
A. Rasi - zadə
Azərbaycan Respublikasının Baş naziri
