• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Dövlət ümumi təhsil müəssisələrinin I, II, III, IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6623135 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə nizam-intizamı təmin etmək məqsədilə  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq:


ƏMR EDİRƏM:
 

1. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 05 avqust 2016-cı il tarixədək təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan ümumi təhsil müəssisələrinə 15 avqust 2016-cı il tarixinədək çatdırılmasını təmin etsin.

2. Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə) tapşırılsın ki:

2.1. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını;

2.2. qəbul edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı tarixdən 10 (on) təqvim günü müddətində yerli təhsil müəssisələrinə çatdırılmasını;

2.3. ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə olunmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2016-cı il tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nə uyğun həyata keçirilməsini, 1 sentyabr 2016-cı il tarixinədək dərsliklərin şagirdlərə çatdırılmasını;

2.4. ümumtəhsil müəssisələrində yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə tələbatı əks etdirən müraciəti 5 sentyabr 2016-cı il tarixinədək derslik@edu.gov.az elektron ünvanına göndərilməsini təmin etsinlər. 

3. Ərazi maliyyə hesablaşma mərkəzlərinin rəislərinə tapşırılsın ki, rəhbərlik etdikləri mərkəzlərin əhatə etdiyi şəhər (rayon) təhsil idarələri (şöbələri) üzrə bu əmrin 3-cü bəndindəki tapşırıqların icrasına nəzarəti təmin etsinlər.

4. Tədris resursları şöbəsi (E.Rüstəmov) bu əmrdə verilmiş tapşırıqların icrasının əlaqələndirilməsini, dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığı ilə bağlı müraciətlərin operativ həllini təmin etsin. 

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin. 

6. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) tapşırılsın.

Əsas:  Azərbaycan Respublikası təhsil nazirinin müavini C.Bayramovun 21 iyul    2016-ci il tarixli xidməti məlumatı

 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 iyul 2016-cı il
№508