• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baza məktəbi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil sahəsində nəzəri ideyaların, pedaqoji yeniliklərin və innovativ layihələrin təcrübədə reallaşdırılması, tələbələrin pedaqoji bacarıqlarının formalaşdırılması üzrə eksperimentlərin aparılıb nəticələrin qiymətləndirilməsi və müvafiq inkişafyönlü təkliflərin hazırlanması istiqamətində pedaqoji ali məktəblərlə ümumi təhsil müəssisələrinin işgüzar əməkdaşlığının təmin olunmasına etibarlı zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini əsas tutaraq


ƏMR EDİRƏM:

 

1. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin baza məktəbi hesab edilsin.

2. Azərbaycan Dövlət Pedaqoji Universiteti (C.Cəfərov) 7 nömrəli tam orta məktəbin rəhbərliyi ilə birlikdə:

2.1. həyata keçirilməsi nəzərdə tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən Fəaliyyət planı hazırlayıb yerinə yetirilməsini təmin etsinlər;

2.2. əmrlə əlaqədar müəssisələrin nizamnamələrində müvafiq dəyişikliklər aparsınlar;

2.3. görülmüş işlər barədə hesabatlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsinlər.

3.Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) eksperimentlərin müəyyənləşdirilməsi, təşkili və nəticələrinin qiymətləndirilib tətbiqində həmin müəssisələrin rəhbərliyinə təşkilati-pedaqoji köməklik göstərsinlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyul 2016-cı il
№0