• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universitetinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11.03.2016-cı il tarixli 1890 nömrəli Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2016-cı ilin 24 iyul – 7 avqust tarixlərində Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçirilsin.

2. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Bakı Slavyan Universiteti və digər ATM-lərdən Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlər barədə məlumat vermək məqsədilə mühazirəçiləri cəlb etsin.

3. Beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov) yay universitetinin yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilati məsələləri həll etsin.

4. Maliyyə şöbəsi (R.Orucov) təqdim olunmuş sənədlər əsasında yay universitetinin təşkili ilə bağlı müvafiq xərclərin ödənilməsi ilə əlaqədar tədbirlərin görülməsini təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) yay universitetinin gedişatının kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə (F.Rzayev) həvalə edilsin.

 

Əsas: “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11.03.2016-cı il tarixli 1890 nömrəli Sərəncamı.

 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

18 iyul 2016-cı il

№497