• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası

“ÜMUMİ TƏHSİLİ XÜSUSİ NAİLİYYƏTLƏRLƏ BAŞA VURAN MƏZUNLARIN QIZIL VƏ YA GÜMÜŞ MEDALLA TƏLTİF OLUNMA QAYDASI ”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.              
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
14 yanvar 2010-cu il
№ 8

 
“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası ”nın təsdiq edilməsi haqqında
qərarın icrası ilə əlaqədar
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
ƏMR EDİRƏM
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarı rəhbərlik və icra üçün qəbul edilsin
2. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə:
- Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qayda” ların məktəb rəhbərləri, müəllimlər tərəfindən öyrənilməsini, “Qayda”ların məzmunu və mahiyyətinin şagirdlərə və valideynlərə çatdırılmasını təmin etsinlər;
- Qızıl və ya gümüş medalla təltif ediləcək məzunların seçilməsində aşkarlığın və obyektivliyin gözlənilməsinə nail olsunlar;
- Namizədlərin təltifinə dair materialların “Qayda”ların tələblərinə uyğun tərtib edilib, vaxtında Təhsil Nazirliyinə təqdim edilməsini həyata keçirsinlər.
- 2010-cu il üçün qızıl və gümüş medallara olan tələbatı müəyyənləşdirib, Təhsil Nazirliyinə sifariş versinlər.
3. Aparatın rəhbəri (İ. Pirməmmədov), Ümumi şöbə (İ.Mirzəyev) Şəhərlər və Kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) ilə birlikdə 15 fevral 2010-cu il tarixə kimi qızıl və gümüş medalların təsvirini hazırlayıb təsdiqə təqdim etsinlər.
4. Xüsusi şöbə (M.Nəbiyev) 2010-cu il üçün qızıl və gümüş medalların zəruri miqdarını müəyyən etsin və sifariş hazırlasın.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) 2010-cu ildə qızıl və gümüş medalların hazırlanmasına vəsait ayrılmasını təmin etsin, 2011-ci il və sonrakı illər üçün büdcəni tərtib edərkən qızıl və gümüş medalların hazırlanması ilə bağlı lazımi xərclərin ayrılmasını nəzərə alsın .
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc edilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.
 
M.Mərdanov
Təhsil naziri
27.01.2010
№83

                                                  
 Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş
medalla təltif olunma
 
QAYDASI
 
1. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə uyğun hazırlanmışdır.
2. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.
3. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.
4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:
4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər;
4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;
4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar;
4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.
5. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.
6. Qızıl və ya gümüş medalla təltif üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.
7. Məzunların qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri lə rəsmiləşdirilir.
8. Qızıl və ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı” na yazılır.
9. Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim edilir.”