Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası ”nın təsdiq edilməsi haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
ƏMR EDİRƏM
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarı rəhbərlik və icra üçün qəbul edilsin
2. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə:
- Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qayda” ların məktəb rəhbərləri, müəllimlər tərəfindən öyrənilməsini, “Qayda”ların məzmunu və mahiyyətinin şagirdlərə və valideynlərə çatdırılmasını təmin etsinlər;
- Qızıl və ya gümüş medalla təltif ediləcək məzunların seçilməsində aşkarlığın və obyektivliyin gözlənilməsinə nail olsunlar;
- Namizədlərin təltifinə dair materialların “Qayda”ların tələblərinə uyğun tərtib edilib, vaxtında Təhsil Nazirliyinə təqdim edilməsini həyata keçirsinlər.
- 2010-cu il üçün qızıl və gümüş medallara olan tələbatı müəyyənləşdirib, Təhsil Nazirliyinə sifariş versinlər.
3. Aparatın rəhbəri (İ. Pirməmmədov), Ümumi şöbə (İ.Mirzəyev) Şəhərlər və Kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) ilə birlikdə 15 fevral 2010-cu il tarixə kimi qızıl və gümüş medalların təsvirini hazırlayıb təsdiqə təqdim etsinlər.
4. Xüsusi şöbə (M.Nəbiyev) 2010-cu il üçün qızıl və gümüş medalların zəruri miqdarını müəyyən etsin və sifariş hazırlasın.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) 2010-cu ildə qızıl və gümüş medalların hazırlanmasına vəsait ayrılmasını təmin etsin, 2011-ci il və sonrakı illər üçün büdcəni tərtib edərkən qızıl və gümüş medalların hazırlanması ilə bağlı lazımi xərclərin ayrılmasını nəzərə alsın .
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc edilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.
M.Mərdanov
Təhsil naziri
27.01.2010
№83
