Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin 2016-2017-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI siniflərinin 2016-2017-ci dərs ili üçün tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin (1–9 nömrəli əlavələr).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Maliyyə şöbəsi (R.Orucov), tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 iyun 2016-cı il
№436
Əlavələr:
1. Texniki fənlər təmayüllü siniflərin nümunəvi tədris planı (tədris Azərbaycan dilində)
2. Texniki fənlər təmayüllü siniflərin nümunəvi tədris planı(tədris rus dilində)
3. Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərin nümunəvi tədris planı (tədris Azərbaycan dilində)
4. Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərin nümunəvi tədris planı (tədris rus dilində)
5. Humanitar fənlər təmayüllü siniflərin nümunəvi tədris planı (tədris Azərbaycan dilində)
6. Humanitar fənlər təmayüllü siniflərin nümunəvi tədris planı (tədris rus dilində)
7. Təbiət fənləri təmayüllü siniflərin nümunəvi tədris planı (tədris Azərbaycan dilində)
8. Təbiət fənləri təmayüllü siniflərin nümunəvi tədris planı (tədris rus dilində)
9. Tədris planına dair qeydlər