Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:
Əliyev Rafiq Musa oğlu
Əliyev Surxay Süleyman oğlu
Hacıyev Muxlis Əhməd oğlu
İsmayılov Şahin Məmməd oğlu
Qəhrəmanlı Yaşar Vəli oğlu
Qəniyeva Saçlı Abdulxaq qızı
Qəribov Rahad Tanrıverdi oğlu
Məmmədov Hikmət Süleyman oğlu
Musayev Zakir Səməd oğlu
Səmədov Yaşar Hüseyn oğlu
Tağıyeva Validə Abbasovna
Vahabov Nadir Eyub oğlu
Zəkiyeva Şükufə Böyük Ağa qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il.
