Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayev Asəf Mirzə oğlu
Hacıyev Arif Müseyib oğlu
Haqverdiyeva Tahirə Axi qızı
İmaməliyeva Cəmilə Nüsrət qızı
Quliyev Sabir Əli oğlu
Məmmədov Məhəbbət Aşır oğlu
Nağıyev Nizami Həsən oğlu
Sadıkov Polad Məmmədoviç
Şirinzadə İradə Nüsrət qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il.
