• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanı ilə “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.4-cü bəndinin və Təhsil Nazirliyinin 16.02.2016-cı il tarixli 84 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının aşağıdakı tərkibdə Katibliyi yaradılsın:

Billurə Hacızadə  –  İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);

Fəridə Novruzlu – Hüquq şöbəsinin Hüquq sektorunun aparıcı məsləhətçisi (üzv);

Elvina Məmmədova – İnformasiya şöbəsinin Sənədlərin icrasına nəzarət və statistika sektorunun məsləhətçisi (üzv).

2. Katibliyə tapşırılsın ki:

- Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirsin;

- Nazirliyin aidiyyəti struktur bölməsi və ya tabeli qurumları tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxlasın və toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apellyasiya Şurasının sədrindən başqa digər üzvlərinə göndərsin;

- təqdim edilmiş rəyləri ümumiləşdirsin və Apellyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apellyasiya Şurasının iclaslarını təşkil etsin;

- Apellyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apellyasiya Şurasının üzvlərinə, habelə iclasa dəvət edilmiş şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat versin;

- Apellyasiya Şurasının iclaslarının protokolunu tərtib etsin və imzalanması üçün Apellyasiya Şurasının üzvlərinə təqdim etsin;

- “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirsin.

3. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

Əsas: Apellyasiya Şurasının sədri C.Bayramovun təqdimatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 fevral 2016-cı il

87