• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli Sərəncamının icra olunması haqqında

Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli Sərəncamı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləğinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamına əsasən 10 faiz artımla 1 fevral 2016-cı il tarixindən aşağıdakı kimi müəyyənləşdirildiyi nəzərə alınsın:

 

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 242 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 132 manat

 

Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 132 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 115,5 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 93,5 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 60,5 manat

           

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 104,5 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 88 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

 

Orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 55 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 44 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 38,5 manat.

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 38,5 manat

 

3. Maliyyə şöbəsi (R.Orucov) dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən ali təhsil müəssisələrində, eləcə də Təhsil Nazirliyindən maliyyələşdirilən orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan doktorant, tələbə və şagirdlərin təqaüdlərinin 1 fevral 2016-cı il tarixindən  bu əmrin 2-ci bəndində göstərilən məbləğlərə uyğun ödənilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini təmin etsin.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılaraq aidiyyəti müəssisələrə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

01 fevral 2016-cı il

№60