• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fəaliyyət Planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.

3.Maliyyə şöbəsi (R.Orucov) Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar icraçı təşkilatlara müvafiq metodik koməklik göstərilməsini təmin etsin.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planının  yerinə yetirilməsini təmin edərək, görülmüş işlər barədə 25 noyabr 2016-cı il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavəsi ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, habelə keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.

6.   Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

8 aprel 2016-cı il

№194


 

Əlavə:

 

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasında  2016-cı ilin  “Multikulturalizm ili“ elan edilməsinə dair Tədbirlər Planı”nın  icrası  ilə əlaqədar  Təhsil Nazirliyinin Fəaliyyət  Planı