“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
AMEA-nın Rəyasət Heyətinin 2 mart 2016-cıil tarixli 5/8 nömrəli qərarını nəzərə alaraq, “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli 1538 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDIRƏM:
1.“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli, 1538 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
2.1. Ceyhun Hacıbəylinin yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.
2.2.Əmrin icrаsı ilə bağlı görülmüş işlər barədə 30 noyabr 2016-ci ilədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3.İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavəsi ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsinlər.
4.Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 aprel 2016-cı il
№191
Əlavə: