• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

                    Ekoloji problemlərin artması, təbii resurslardan səmərəsiz istifadə ekoloji etik qaydaların müasir prinsiplərinə əməl edilməsi və ətraf mühitin mühafizəsi məsələsini bu sahədə çalışan qurumlarla yanaşı, cəmiyyətin ümumi işinə çevrilməsi zərurətini yaratmışdır.

                Bu səbəb ilə uşaq və gənclərin kütləvi ekoloji tədbirlərə cəlb olunması, onlara ekosistem xidmətləri, təbii ehtiyatların səmərəli istifadəsi, tullantıların utilizə edilməsi haqqında əlavə biliklərin verilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDIRƏM:

 

1. Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və Nazirliyin birbaşa tabeliyində olan pilot məktəblərinin iştirakı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində tədbirlər keçirilsin.

2. Proqram, proqram çərçivəsində keçiriləcək tədbirlər planı, ”Yaşıl şəbəkə” – “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun Əsasnaməsi, “Məktəblərin Yaşıl Şəbəkəsi” müsabiqəsinin Əsasnaməsi və Təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Proqramın yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

4. Proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin il ərzində keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 2016-cı ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.

5. Maliyyə şöbəsi (R.Orucov) tədbirlərin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 2016-cı ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.

6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) tədbirlərin keçirilməsi ilə əlaqədar

mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

7. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Məktəbdənkənar faəliyyətin təşkili şöbəsinin 2016-cı il üçün Fəaliyyət planı, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 1558 nömrəli, 22 fevral 2016-cı il tarixli məktubu.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

16 mart 2016-cı il

№152


 

Əlavə:

“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı

“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının icrası ilə bağlı Tədbirlər planı

“Yaşıl şəbəkə” - “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun Əsasnaməsi

“Məktəblərin Yaşıl Şəbəkəsi” müsabiqəsinin Əsasnaməsi

“Məktəblərin Yaşıl Şəbəkəsi” hərəkatının təşkilat komitəsi