• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika şahmat festivalının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların təsnifat dərəcələrini artırmaq, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2016-cı ilin aprel - may aylarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı keçirilsin.

2. Festivalın Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

3. Festivalın təşkili və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzinə həvalə edilsin.

4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) festivalın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) festival ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri “Şahmat” fənni tədris olunan pilot məktəblər arasında yarışın rayon (şəhər) mərhələsinin keçirilməsini, yığma komandaların formalaşdırılmasını və finalda iştirakını təmin etsinlər.

8. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) festivalın final mərhələsinin keçirilməsi üçün lazımi şərait yaratsın.

9. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

10. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2016-cı il üçün iş planı.

                                                                                               

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

10 mart 2016-cı il

№136


 

Əlavə:

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalının Əsasnaməsi