• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 38 nömrəli qərarının icra olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 5 fevral 2016-cı il tarixli 38 nömrəli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:

- Cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini təmin etsinlər;

- Təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etsinlər.

3. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) və Maliyyə şöbəsi (R.Orucov) Qaydadan irəli gələn məsələləri həll etsinlər və digər zəruri tədbirləri həyata keçirsinlər;

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsinlər;

5. Əmrin icrasına nəzarət Aparatın rəhbərinə (M.Eynullayev) tapşırılsın.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

9 fevral 2016-cı il

№64