Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı
Azərbaycan Respublikası təhsil nazirinin
08 yanvar 2016-cı il tarixli,
08 nömrəli əmri ilə təsdiq olunmuşdur
| s/s | Tədbirlər | Icra vaxtı | İcraya məsul |
| 1. | Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələrinin təşkili |
06-16 yanvar
|
Rayon (şəhər) təhsil şöbələri (idarələri) |
| 2. | Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı il yanvar ayının 19-unda ilk dərsin 20 Yanvar faciəsinə həsr edilməsi |
19 yanvar
|
Rayon (şəhər) təhsil şöbələri (idarələri) Təhsil müəssisələrinin rəhbərləri |
| 3. | Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarətinin təşkil olunması |
19-20 yanvar |
Rayon (şəhər) təhsil şöbələri (idarələri) Təhsil müəssisələrinin rəhbərləri |
