• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2015-ci il tarixli, 1428 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq və gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhunda tərbiyəsində  əhəmiyyətini nəzərə alaraq

  

ƏMR EDİRƏM:

 

1.“General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin  keçirilməsi  haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2015-ci il tarixli, 1428 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, orta ixtisas və ümumi təhsil müəssisələrinin rəhbərləri:

2.1. General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.

2.2. Görülmüş işlər barədə 29 dekabr 2015-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi  (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə  (E.Əliyev) həvalə olunsun.

                Əsas: Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli, 1428 nömrəli Sərəncamı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

20 oktyabr 2015-ci il

№1012


 

Əlavə:

 

“General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli, 1428 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı