• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2015-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsinə başlanmışdır.

Müsabiqələrdə iştirak etmək üçün sənədlərin qəbulu rayon (şəhər) təhsil şöbələrində 19 oktyabr-31 oktyabr 2015-ci il tarixlərdə aparılacaqdır. Təşkilat Komitəsinə noyabrın 10-dək müsabiqədə iştirak etmək istəyənlərin aşağıdakı sənədləri təqdim olunmalıdır:                          


 “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə:

 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.

(2-4-cü bəndlərdə göstərilən tələblərə riayət edilməklə məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər).

 

“Ən yaxşı müəllim” müsabiqəsi üzrə:

 

1. Müsabiqədə iştirakla bağlı müəllimin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin həmin müəllimin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə məktubu (forma əlavə olunur).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (R(Ş)TŞ(İ) tərəfindən təsdiq edilir).

4. R(Ş)TŞ(İ)-nin məktubuna müəllimin fəaliyyətini hərtərəfli xarakterizə edən arayış əlavə olunur.

 

Ceyhun BAYRAMOV, 

təhsil nazirinin müavini

20 oktyabr 2015-ci il.

№ 46-14-6937/16


 

Əlavə 1-2

Əlavə 3

Əlavə 4-5

Əlavə 6