• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2015-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.

2. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri:

 

Firudin Qurbanov            - Təhsil nazirinin müavini

 

Təşkilat Komitəsinin üzvləri:

 

Mətin Eynullayev            - Təhsil Nazirliyi aparatının rəhbəri

Hüseyn Əliyev                - Təhsil nazirinin müşaviri

Elnur Əliyev                    - İnformasiya şöbəsinin müdiri         

Aydın Əhmədov              - Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri

Fərzəli Qədirov               - İnsan resursları şöbəsinin müdiri

Sübhi Kazımov               - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri

Cəsarət Valehli               - Qeyri hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri

Ənvər Abbasov               - Təhsil Problemləri İnstitutunun direktor müavini

 

3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).

4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavə ilə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

19 oktyabr 2015-ci il

№1008

Əlavə:

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak üçün Təşkilat Komitəsinə daxil olan sənədlərin ekspertizasını aparacaq işçi qrupunun tərkibi