• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.04.2015-ci il tarixli 511 nömrəli əmrinə əsasən 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilmişdir. İşə qəbul üzrə qaydalar təsdiq edilmiş, müsabiqə və apelyasiya komissiyaları yaradılmışdır.
Müsabiqənin keçirilməsi ilə əlaqədar 1-15 iyul 2015-ci il tarixlərdə elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə vermiş, onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılmışdır. İmtahanlarda iştirak etmiş 18573 nəfərdən 2448 nəfəri müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılmış, keçirilmiş müsahibələrin nəticələrinə görə 1877 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanmışdır.
Bu mərhələdə keçid balını toplayıb işə qəbul ola bilməyən namizədlər üçün boş qalan vakan yerlərə əlavə yerləşdirmə aparılmışdır. Əlavə yerləşdirmədə iştirak üçün 3599 nəfər namizəd müraciət etmiş, yerləşdirmənin nəticəsi olaraq 570 nəfər müsahibəyə buraxılmış, müsahibələrin nəticələrinə görə 356 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanmışdır. Ümumilikdə müsabiqənin nəticələrinə əsasən 2233 nəfər işə qəbul olunmaq hüququ qazanmışdır.
Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (Şəhər) Təhsil Şöbələrinin (İdarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
2.1. müsabiqə nəticəsində işə qəbul olunmaq hüququ qazanan müəllimlərin sənədlərini yoxlayıb onlarla 1 sentyabr 2015-ci il tarixdən əmək müqavilələrinin bağlanmasını təmin etsinlər;
2.2. həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, sosial-məişət məsələlərinin həll edilməsində onlara köməklik göstərsinlər;
2.3. yeni işə qəbul edilmiş müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarında iştirakını təşkil etsinlər;
2.4. müsabiqə yolu ilə işə qəbul edilən, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə pedaqoji fəaliyyətə başlayan müəllimlər haqqında məlumatı cari ilin sentyabr ayının 5-dək Təhsil Nazirliyinin məlumat bazasına daxil etsinlər, eyni zamanda bu barədə Nazirliyə məlumat göndərsinlər;
2.5. yeni tədris ili başlayanadək dərs bölgüsü ilə əlaqədar real vəziyyəti bir daha təhlil etsinlər, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 10-dək Təhsil Nazirliyinə məlumat təqdim etsinlər.
3. İnsan resursları şöbəsi (F.Qədirov):
3.1. 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsində tutulmayan, eləcə də yerlərdən daxil olan məlumatlar əsasında yeni yaranmış vakant yerlərin təhlilini aparsın və müsabiqədə iştirak edib keçid balını toplayan, lakin heç bir yer tutmayanlar üçün yerləşdirmə aparılmasını təşkil etsin.
3.2. 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin geniş təhlilini aparsın və rəhbərliyə müvafiq hesabat təqdim etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə işə qəbul olunmuş müəllimlərin siyahısının Nazirliyin internet saytında yerləşdirilməsini, bu əmr və ona əlavə olunmuş siyahıların aidiyyəti üzrə yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: 2015-2016-cı tədris ili üçün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə dair Aparat rəhbəri M.Eynullayevin təqdimatı. 
 

Mikayıl Cabbarov,

Azərbaycan Respublikasının təhsil naziri 

21 avqust 2015-ci il 

№904

 
Əlavə: